MTRŞ-dan telekanallara xəbərdarlıq: Belə davam etsə yenidən ciddi monitorinqlərə start veriləcək

MTRŞ-dan telekanallara xəbərdarlıq: Belə davam etsə yenidən ciddi monitorinqlərə start veriləcək
14:47 10 Oktyabr 2016
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 oktyabr. REPORT.AZ/ "Milli Televiziya və Radio Şurası əvvəlki dövrlərdə aşağı səviyyəli yumorla, qara yumorla bağlı dəfələrlə kanallara xəbərdarlıqlar edib və problemləri aradan qaldırıb. Amma təəssüf ki, hazırda da bu kimi hallar yenidən ortaya çıxmaqdadır".
Bunu "Report"a açıqlamasında MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov deyib.
Onun sözlərinə görə, bu məsələlər Şuranın monitorinq nəzarətindədir: "Bu, daha çox yaradıcılıq məsələsidir, əslində Şura yayımçıların yaradıcılıq işinə qarışmır. Amma hər halda kanallar da bundan istifadə edib, reytinq xatirinə efiri səviyyəsiz materiallarla doldurmamalıdırlar".
Şöbə müdiri bildirib ki, şəxsən o “Bozbaş pikçers”in ATV-də yayımlanmasını başa düşmür: "Bəlkə də yaxşı reytinq gətirir, ona görə. Yumoristik layihələrdə, seriallarda Azərbaycan mentalitetinə zidd davranışlar, zarafatlar, şitlik mövcuddur. Belə davam etsə yəqin ki, yenidən bu məsələlərin ciddi monitorinqlərinə start veriləcək".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR