Aygün Kazımova aparıcılarla barışdı

Aygün Kazımova aparıcılarla barışdı
14:52 10 Oktyabr 2016
152 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Aygün Kazımova aparıcılar Ranar Musayev və Kamilə Babayeva ilə barışıb

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni bu haqda "ATV maqazin onlarla" verilişində deyib. A.Kazımova onların aparıcısı olduğu "5-ci element" verilişinə qonaq qismində qatılıb.
 
İfaçı K.Babayeva və R.Musayevdən inciməsi haqda bunları deyib:

"Düzdür, küsmüşdük. Sonra bir süjet hazırlandı, onların verilişdə etiraf etmədiyi orada yer aldı".

Xatırladaq ki, aparıcılarla A.Kazımovanın küsülülüyünün səbəbi xalq artisti Brilliant Dadaşova olub. B.Dadaşova "5-ci element"də A.Kazımovanın ünvanına "Konsert zamanı zalı doldura bilmədiyi üçün məcburən jurnalistləri götürüb, mənim doldurduğum zala gəlmişdi" deməsi və bu sözləri K.Babayeva ilə R.Musayevin təsdiqləməsi olmuşdu. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/477902.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR