Müsəlman "trans"lar üçün ilk məktəb bağlandı - FOTO

Müsəlman "trans"lar üçün ilk məktəb bağlandı - FOTO
14:57 10 Oktyabr 2016
119 Maraqlı
Ölkə mətbuatı
A- A+

İndoneziyada müsəlman transseksuallar üçün dünyada ilk və yeganə məktəb-internat bağlanıb.

Bu, ölkədəki "İslami Cihad Cəbhəsi" təşkilatının çoxsaylı tələblərindən sonra olub.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, 2008-ci ildə yaradılmış məktəb İndoneziyanın məşhur kurortlarından sayılan Yoqyakartada fəaliyyət göstərirdi.

Şəhərdə qadın festivalı, habelə katolik kilsəsinin fəaliyyəti də yasaqlanıb.

Transseksuallar və transgenderlər üçün dünyanın ilk, habelə yeganə məktəb-internatını yerli sakinlər "mənəviyyatsızlıq və əxlaqsızlıq yuvası" sayıblar.

Buna rəğmən məktəbin bir qrup şagirdi hər həftə bir araya gələrək dua edir, namaz qılır, İslamı öyrənirlər.

İnternat məktəbin direktoru Şinta Ratrinin dediyinə görə, molla Arif Nuh Səfri hər cümə günü gələrək burada ibadət mərasimi keçirir.

"İslamın transseksualları və transgenderləri qəbul etdiyini, bu dinin bütün bəşəriyyət üçün xilas olduğunu göstərmək istəyirik", - Şinta Ratri deyib.

32 yaşlı molla Arif Nuh Səfrinin dediyinə görə, bağlanmış məktəbin 42 şagirdi onun mərasimlərinə qatılır və İslamı öyrənirlər.

"Bu məktəbə gələn günü dedim ki, bu insanların da namaz qılmaq, dua etmək, Quran oxumaq hüquqları var. Çünki onlar da Allahın yaratdıqları bəndələrdir. Onlar Quran oxumaq, dua etmək, yaxşı insan olmaq istəyirlər. Bu isə əyyaşlıqdan, haramdan, narkotik maddələr qəbul etməkdən yaxşıdır", - Arif Nuh Səfri deyib.

"İslami Cihad Cəbhəsi"nin lideri Osman Əbdürrəhman isə deyilənlərlə razı deyil: "Axı transeksual və ya transgender necə yaxşı insan, yaxşı müsəlman ola bilər?! Bu insanlar mənəviyyatsız adamlar, Allahın əmrlərinə qarşı çıxan şəxslərdir".

Milli.Az














Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/477805.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR