"Bozbaş pikçers"ə XƏBƏRDARLIQ: "Mentalitetə zidd davranışlar, zarafatlar, şitlik mövcuddur"

"Bozbaş pikçers"ə XƏBƏRDARLIQ: "Mentalitetə zidd davranışlar, zarafatlar, şitlik mövcuddur"
15:05 10 Oktyabr 2016
149 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Televiziya və Radio Şurası əvvəlki dövrlərdə aşağı səviyyəli yumorla, qara yumorla bağlı dəfələrlə kanallara xəbərdarlıqlar edib və problemləri aradan qaldırıb. Amma, təəssüf ki, hazırda da bu kimi hallar yenidən ortaya çıxmaqdadır.

Milli.Az bildirir ki, bunu report-a açıqlamasında MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov deyib.
Onun sözlərinə görə, bu məsələlər Şuranın monitorinq nəzarətindədir:

"Bu, daha çox yaradıcılıq məsələsidir, əslində, Şura yayımçıların yaradıcılıq işinə qarışmır. Amma hər halda kanallar da bundan istifadə edib, reytinq xatirinə efiri səviyyəsiz materiallarla doldurmamalıdırlar".

Şöbə müdiri bildirib ki, şəxsən o, "Bozbaş pikçers"in ATV-də yayımlanmasını başa düşmür: "Bəlkə də yaxşı reytinq gətirir, ona görə. Yumoristik layihələrdə, seriallarda Azərbaycan mentalitetinə zidd davranışlar, zarafatlar, şitlik mövcuddur. Belə davam etsə, yəqin ki, yenidən bu məsələlərin ciddi monitorinqlərinə start veriləcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/477973.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR