Vladimir Putin İstanbula gəlib

Vladimir Putin İstanbula gəlib
15:07 10 Oktyabr 2016
74 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 oktyabr. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin İstanbula gəlib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, V.Putin Türkiyədə Ümumdünya Enerji Konqresinin xüsusi iclasında iştirak edəcək, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və Venesuela Prezidenti Nikolas Maduro ilə ikitərəfli görüşlər keçirəcək.
Ümumdünya Enerji Konqresi İstanbulda oktyabrın 9-dan 13-dək keçirilir. Forumda iştirak edən ölkələrin fərdi görüşlər və danışıqlar zamanı neftin qiyməti ilə bağlı vəziyyəti müzakirə edəcəyi gözlənilir.
Rusiya prezidentin mətbuat katibi Dmitri Peskovun daha əvvəl verdiyi məlumata görə, V.Putin ilə R.T.Ərdoğanın görüşündə Rusiya-Türkiyə münasibətlərinin normallaşması yönündə atılan addımlarla bağlı məsələlər müzakirə olunacaq, mühüm regional və qlobal məsələlərlə, ilk növbədə Suriyadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılacaq.
Rusiya XİN əvvəl Türkiyə və Rusiyanın Suriya mövzusunda əməkdaşlığının konstruktiv olacağını, birgə tədbirlərin mümkünlüyünü qeyd edib. Türkiyə Xarici İşlər Nazirliyindən isə Ankaranın Suriyada atəşkəsə nail olunması və humanitar yardımın təşkili məsələlərində Moskva ilə əməkdaşlığa hazır olduğu bildirilib.
Venesuela Prezidenti N.Maduro daha əvvəl V.Putinlə görüşünü elan edərkən danışıqların yekununda OPEC-in neft bazarında sabitlik yaradılması üzrə qərarlarına dair bəyanatlar verəcəyini söyləyib.

Xəbərin orijinal ünvanı: http://report.az/region/vladimir-putin-i-stanbula-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR