Federasiya prezidenti Azərbaycana məğlubiyyəti həzm etmədi

Federasiya prezidenti Azərbaycana məğlubiyyəti həzm etmədi
15:12 10 Oktyabr 2016
56 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanla matçda məğlubiyyəti ağlımızdan belə keçirmirdik. Ancaq oyun baxımından istədiyimizi meydanda sərgiləyə bilmədik.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo deyib.

Norveçlilər DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan millisinə 0:1 hesabı ilə məğlub olublar.
 
Qarşılaşma ilə bağlı yerli mətbuata açıqlama verən Hoqmo məğlubiyyəti hücumçuların "dişsizliyi" ilə əlaqələndirib: "Bu qarşılaşmada hücumda keyfiyyətli ola bilmədik və ələn düşən imkanları qaçırdıq. Bu da dəqiqələr ötdükcə oyunumuza mənfi təsir göstərməyə başladı. Azərbaycanla son iki oyunda 14 real qol vəziyyəti yaratsaq da bir qol da vura bilməmişik. Hücumda sürətli və keyfiyyətli oynamaq lazımdı".
 
Təcrübəli mütəxəssis Azərbaycanla qarşılaşmadan sonra Norveç Futbol Federasiyasının prezidenti Terye Svendsenlə görüşdüklərini də söyləyib: "Fikrimcə, prezident bu məğlubiyyəti həzm etməməkdə və öz etirazını bildirməkdə haqlıdı. O, öz işini görür. Artıq 3 ildi bu komandanın başındayam. Uğur qazanmadıqda prezident də iradlarını bildirməlidi".
 
Qeyd edək ki, Norveç yığması ilk iki oyunda aktivinə xal yazdıra bilməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/477938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR