Prezident İlham Əliyev 23-cü Dünya Enerji Konqresində iştirak edir

Prezident İlham Əliyev 23-cü Dünya Enerji Konqresində iştirak edir
15:17 10 Oktyabr 2016
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresi çərçivəsində prezidentlərin iştirakı ilə xüsusi sessiya işə başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev sessiyada iştirak edir.

Konqresin iclasında 85 ölkədən 10 min nümayəndə, o cümlədən Azərbaycan, Rusiya, Venesuela, Türkiyə prezidentləri, Rusiya və Səudiyyə Ərəbistanı energetika nazirləri, OPEK-in baş katibi Məhəmməd Barkindo, Avropa Komissiyasının energetika məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviç iştirak edirlər.

Dünya Enerji Konqresi oktyabrın 9-da işinə başlayıb və oktyabrın 13-dək davam edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/477981.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR