Bu toya 2,5 milyon xərclənib - fotolar

Bu toya 2,5 milyon xərclənib - fotolar
15:36 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Albaniya şahzadəsi II Leka Zoqu ölkəsinin ən məşhur müğənnisi Elia Zaharia ilə evlənib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Kral Zoqunun sarayında baş tutan mərasimdə dünya liderləri və kral ailələri iştirak edib. Lakin Albaniyanın özündən heç bir siyasətçi toya qatılmayıb.

Tirananın dəbdəbəli otellərindən birində keçirilən toy üçün 2,5 milyon avro (təxminən 4 milyon 200 min manat) xərclənib.

Qeyd edək ki, Albaniyada 82 ildən sonra ilk dəfə kral ailəsinin bir şahzadəsi Tiranada toy edib. Son kral Zoqu II Dünya Müharibəsi zamanı komunist rejimi tərəfindən ölkəsindən qovulmuş və bütün əmlakı əlindən alınmışdı.





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR