“Qatil”in qəhrəmanı işdən qovuldu - "Azdrama"da dava

“Qatil”in qəhrəmanı işdən qovuldu - "Azdrama"da dava
15:41 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Akademik Milli Dram Teatrının aktyoru, Elçinin “Qatil” əsərinin əsas qəhrəmanını canlandıran Hikmət Rəhimov işdən uzaqlaşdırılıb.

Axşam.az bildirir ki, bu barədə aznews.az-a teatrdan məlumat verilib.

Məlumata görə, teatrda aktyora qarşı provakasiya olub, aktyor da bunun qurbanı olub. İddia olunur ki, bir həftə bundan öncə mərhum sənətkar Mehdi Məmmədovun oğlu Vüqar Məmmədovla K.Rəhimov arasında dava olub. Bunu eşidən rəhbərlik H.Rəhimovu işdən qovub.

Teatrın aktyorları isə davanın səbəbkarının Vüqar Məmmədov olduğunu bildirirlər.

Aktyor Hikmət Rəhimov məlumatı təsdiqləyib:

“Bu barədə danışmaq istəmirəm. Çıxarıblar çıxarıblar, Allah köməkləri olsun”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR