"NASA-da işləmək kimi məqsədim olmayıb" - Uğur hekayəsi - FOTO

"NASA-da işləmək kimi məqsədim olmayıb" - Uğur hekayəsi - FOTO
15:42 10 Oktyabr 2016
271 Ölkə
Ölkə mətbuatı
A- A+

NASA-da elmi tədqiqatla məşğul olan ilk və yeganə azərbaycanlı Teymur Sadıxov hazırda "Mercedes-Benz" şirkəti üçün çalışır

Problemlər onu qorxutmur. Əksinə, həlli yollarını axtarır. Problemləri həll etmək üçün isə əvvəlki təcrübələri onun köməyinə çatır. "Əgər əvvəllər hansısa problemi həll etməyə gücüm çatıbsa, deməli, bunu da bacaracam" kimi düşünür. Buna görə də təcrübəyə böyük önəm verir. Deyir ki, təcrübə hər bir cəhətdən insanın gözünü açır, anlayışını çoxaldır.

Müsahibimiz dünyanın aerokosmik tədqiqatlar mərkəzi hesab olunan NASA-da elmi tədqiqatla məşğul olan ilk və yeganə azərbaycanlı Teymur Sadıxovdur. Düzdür, o artıq NASA-dan uzaqlaşıb, amma bu fəaliyyəti ilə artıq tarixə düşüb. Həmyerlimiz hazırda "Mercedes-Benz" şirkətinin Şimali Amerikadakı Tədqiqatlar və İnkişaf müəssisəsində İntellektual avtomobil sistemləri üzrə baş mühəndis vəzifəsində çalışır. Bir həftəlik ölkəmizə gələn T.Sadıxov redaksiyamızda da qonaq oldu, suallarımızı cavablandırdı.

Qeyd edək ki, T.Sadıxov Bakı şəhərindəki 211 saylı orta məktəbin məzunudur. O, orta məktəbi 9 ilə başa vurub. Daha sonra isə dövlət xətti ilə dünyaca tanınmış İstanbul Texniki Universitetinin Aviasiya və Kosmik Elmlər fakültəsinin Aviasiya mühəndisliyi ixtisası üzrə bakalavr səviyyəsində təhsil alıb. Oxuduğu illərdə həmin universitetin 240 illik tarixi ərzində ən yüksək ballı məzunu olub. Magistratura və doktorantura təhsili üçün isə seçimi ABŞ-ın Corciya Texnologiya İnstitutu olub.
 
- İlk olaraq elə NASA-dan danışaq. NASA-dan dünya necə görünür?

- (Gülür) Bu sual haqqında heç düşünməmişəm. NASA, mənə görə, sadəcə Federal Hökumətin bir təşkilatıdır. Çox elmi tədqiqatla məşğul olur. Mənim də işim elmi tədqiqat idi. Ona görə necə görünməsi haqda nəsə deyə bilmərəm.
 
- NASA-da işləyən ilk və yeganə azərbaycanlı olmusunuz. Bunu uğur, yoxsa şans adlandıraq?

- Əslində NASA-da işləmək kimi məqsədim olmayıb. Bunu bir şans da adlandıra bilərik. Bir layihə üzərində işləmək üçün məni özləri dəvət etmişdilər. Mən də gedib işlədim.
 
- NASA-dan uzaqlaşmağınıza səbəb nə oldu? Orada işləmək bu gün bir çoxları üçün əlçatmazdır...

- NASA-da işlədiyim proyektlərdən biri öz-özünə idarə edilən beteerlər idi. Bu proyekt çox xoşuma gəldi. NASA-da proyektlər qrantlardan asılı olaraq bəzən dəyişir. Mersedes-Benz isə bu layihəyə daha çox pul yatırır və daha uzunmüddətli layihə olacaq. Ona görə də mən NASA-nı Mersedes-Benz şirkətinə dəyişdim. Yəni, NASA-da bu proyektə keçmək üçün çıxdım. NASA-nın əlçatmaz olması ilə bağlı hər kəs müxtəlif fikirdə ola bilər və bu, normaldır. Mənim əsas məqsədim sevdiyim proyekt üzərində işləməkdir. Çünki hər gün sevdiyim işi görmək mənə zövq verir. Əlbəttə, maddiyyat, yaşadığım yer də önəmlidir. Mən fərqli yerlərdə yaşamağı sevirəm.
 
- Mersedes-Benz şirkəti Silikon vadisində yerləşir. Silikon vadisinin iş prinsipi necədir?

- Silikon vadisində şirkətlərə görə iş prinsipi dəyişir. Elə şirkətlər var ki, evdən işləmək də olur. Normalda həftə boyunda 40 saat işləmək lazımdır. Bəzi şirkətlərdə elmi-tədqiqat işi olduğu üçün bəzən 40 saatdan da artıq işləməyə məcbur olursunuz. Bəzi İT şirkətlərində, Silikon vadisində hətta işçilərə gün ərzində 3 dəfə yemək verirlər ki, insanlar qidalanmağı düşünməsinlər, işlə məşğul olsunlar. Bir sözlə, işçinin rahatlığı üçün hər bir şeyi edirlər ki, onlar işə fokuslansınlar. Silikon vadisindən başqa yerlərdə bu cür iş mühiti yoxdur. Azərbaycanda maksimum çalışma müddətim BP-də bir yay stajor olub. Ona görə buradakı iş mühiti haqda o qədər də məlumatlı deyiləm.
 
- Siz həftədə nə qədər işləyirsiz?

- Ortalama götürsək, 40 saat.
 
- Silikon vadisinə yol haradan keçir?

- Hər kəsin yolu fərqlidir. Bəzi dostlar, içi mən daxil təhsildən keçir. Amerikada təhsil aldıqdan sonra orada qalırlar. Bəziləri isə biznes və ya başqa məqsədlərlə gəlirlər.

- Azərbaycan təhsili ilə orada çalışmaq mümkündür?

- Əgər çox yaxşı kod yazansınızsa və s. bu tipli işləri bacarırsınızsa, hətta təhsilə də baxmayacaqlar. Amma işiniz mühəndislik mövzusunda olacaqsa, təhsilə baxacaqlar. Misal üçün, robot işində diploma önəm verəcəklər. Amma kodlama işidirsə və bu sahədə yetərli bilik varsa, diplomsuz da işə götürə bilərlər.
 
- Hazırda pilotsuz avtomobillər üzərində işləyirsiz. Bu, böyük layihədir. Sürücüsü olmayan avtomobillər nə vaxt yollara çıxacaq?

- İki ildən çoxdur ki, işləyirəm. NASA-da da eyni proyekt üzərində çalışırdım. Hələ də işlərimiz gedir. Ən azı 4-5 il bu işi aparacağıq. Hələ yol var.
 
- Burada risklər çoxdurmu? Çünki insan amili yoxdur...

- Biz elmi-tədiqatçılarıq. Ola biləcək problemləri araşdırıb, önləyici tədbirləri görürük. Ona görə hələ də bu avtomobilləri yola çıxarda bilmirik. Tədqiqat aparırıq. Hər bir detal üzərində çalışırıq. Ona görə deyirəm ki, 4-5 il də bundan sonra üzərində işləyəcəyik.
 
- Zamanla insan amilinə ehtiyac duyulmayan nələrsə ixtira olunur. İndi də sürücüsüz avtomobillər. Texnologiyanın inkişaf etməsi, sizcə, insan amilini zamanla kənara atmırmı?

- Elə bizim məqsədimiz insan amilini kənara atmaqdır. Çünki insanlar etibarlı deyillər. Hətta ən yaxşı sürücünün belə hər an yaxşı avtomobil sürəcəyinə, səhv etməyəcəyinə zəmanət yoxdur. Çünki insanlar emosionaldırlar. Bundan başqa, içkili, əsəbi ola bilərlər. Yaxud diqqətləri yayına, fikirləri telefonda ola bilər. Avtomobil idarə edərkən isə diqqətin yüz faiz yolda olması vacibdir. Ona görə də hər il təkcə Amerikada 30 min insan yol qəzasında həyatını itirir. Bunun qarşısını almağın yolu pilotsuz avtomobilləri yaratmaqdır ki, insan amilini yox edək.
 
- Texnologiyaya tam etibar etmək olarmı?

- Əlbəttə. O gün gələcək. Biz hər eksperimental texnologiyanı yola qoymuruq. Bizim yola çıxaracağımız texnologiya hər bir cəhətdən test edilmiş olacaq.
 
- Yəni, texnologiya insanı tam əvəz edəcək?

- Hər cəhətdən deyil. Amma bəzi hallarda bəli.
 
- Bu yaxınlarda bir xəbər oxudum. Orada qeyd olunurdu ki, 2020-də dünyanın yarısı evdən işləyəcək. Yəni, internet şəbəkəsinin genişlənməsi nəticəsində ofisə getməyə ehtiyac duyulmayacaq. Silikon vadisində evdən işləmə necə faizdir?

- Faizi deyə bilmərəm. Çünki bu, şirkətlərə görə dəyişir. Bəzi proyektləri evdən də edə bilərsiniz. Çünki internet vasitəsilə çox iş görmək olur. Bəzən başqa komandalarla da danışığa ehtiyac olur. O zaman işə gəlməyə ehtiyac yaranır. Mənə görə, işə getmək çox da vacib deyil.
 
- Amma bizdə "iş mühiti" deyilən bir anlam var. Bir çox insanlar evdə iş görərkən fikrinin yayındığını deyir...

- Bu, insandan-insana fərqlidir. O cür düşünənlər ola bilər. Amma mənə görə, işin evdən görülməsiylə bağlı hər hansı problem yoxdur.
 
- Davamlı zehni fəaliyyətlə məşğul olursunuz. İşdən yorulduğunuz vaxtlar olur?

- Əlbəttə, yorucu işdir. Birdən çox yoruluram.
 
- İşdən uzaqlaşıb istirahətə nə qədər vaxt ayıra bilirsiniz?

- İstirahət etmək də lazımdır. Ən çox adalara getməyi sevirəm. Bizdə il ərzində toplam 5-6 həftə istirahət götürmək mümkündür. Mən maksimum 2-3 həftə istirahət edirəm.
 
- Nə vaxtsa Azərbaycana qayıtmaq, yaxud ölkəmizlə əlaqəli iş görmək fikriniz olub?

- Azərbaycana o halda gələrəm ki, ölkəmizdə öz çalışdığım sahə ilə bağlı böyük bir qatqım olsun. Bunun üçün də o sahələrə yetərincə investisiya yatıranlar, bu işə maraq göstərənlər olmalıdır. Bu olduğu halda fikirləşmək olar. Azərbaycanda şirkətlər məni dəvət edirlər, söhbətlərimiz olur. Amma hələ ki mənim burada çalışmağım üçün yetərli şərait yoxdur.
 
- 29 yaşınız var. İşinizlə bağlı bu yaşınıza görə istədiyiniz yerdəsiniz?

- Mənim heç vaxt haradasa olmaqla bağlı planım olmayıb. Sadəcə olaraq axınla gedirəm.
 
- Plansız çətin olmur?

- Məncə, yox. Hər şeyi planlamaq olmur. Əgər planla hərəkət etməyə çalışsanız və alınmasa, daha da ürəksizləşmiş olursunuz. Bu, məyusluq gətirə bilər.
 
- Çətin adam olduğunuzu deyirlər. Bu işinizlə bağlı ola bilər?

- (Gülür) Düzü, çətin adam necə olur - bilmirəm. Əgər bu ünsiyyət qurmaq mənasındadırsa, mən hamı ilə yaxşı ünsiyyət qurmağa çalışıram. Əgər onu deyənlər feysbuk mesajlarına cavab vermədiyimdən dolayı şikayətçidirlərsə, inciyirlərsə, onu deyim ki, vaxt olmamasına görə cavablandıra bilmirəm. Əgər buna görə demirlərsə, niyə dediklərindən xəbərim yoxdur. Amma normalda mənim hamı ilə ünsiyyət quran biri olduğumu deyirlər axı.
 
- Özünüzü uğurlu hesab edirsiniz?

- Zənnimcə, mənə uğurlu insan demək olar.
 
- Uğurunuzun sirri nədir?

- Mən hər işimi planlayan biri deyiləm. Çünki hər şeyi planlamaq olmur. Bəziləri savad deyir. Məncə, beyində hansısa sahə ilə bağlı tam oturuşma olur. Bir şeyi daha çox qavramaq da demək olar. Belə bir fikir var ki, bəziləri texniki, bəziləri humanitar fənləri yaxşı qavrayır. Amma mən humanitar oxuyan texnikini öyrənə bilməz kimi düşünmürəm. Yaxud əksinə. Mənə görə, insan ürəkdən istədiyi halda bütün fənlər istiqamətində olan işləri görə bilər. Düzdür, xüsusi istedad da var. Bunu inkar etmək olmaz. Amma insan ürəkdən istəyib, çalışsa istədiyi sahədə müəyyən işlər görə bilər. Texniki fənlər mənim sevdiyim sahədir. Arxaya dönüb baxsaq, təyyarə mühəndisliyi oxuduğum halda hazırda robotik sistemlərdə işləyirəm. Bunu mən heç vaxt təsəvvür etməzdim. Sadəcə, həyatdır.

Kaspi.az







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Mey Avropa İttifaqından çıxışın tarixini açıqladı

22 Sentyabr 2017 21:28

Famil Ağayev: "Macarıstanın gücünü birinci setdə gördük"

22 Sentyabr 2017 21:22

Türkiyə sahillərində gəmi batdı -

22 Sentyabr 2017 21:15

40 yaşlı qadını ilan sancdı - Şəkidə

22 Sentyabr 2017 21:14

MTŞ-nın toplantısı başa çatdı -

22 Sentyabr 2017 21:14

İstanbul bələdiyyəsinin sədri istefa verib

22 Sentyabr 2017 21:08

AST Telmanın bütün sirləri ORTAYA ÇIXDI: 15 illik dostundan İNANILMAZ ZƏRBƏ

22 Sentyabr 2017 21:03

"Mariya" qasırğası azı 15 nəfərin ölümünə, 20 nəfərin isə itkin düşməsinə səbəb olub

22 Sentyabr 2017 20:58

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni sosial layihəyə başlayıb

22 Sentyabr 2017 20:57

Daha bir dövlət Rusiya qazından imtina edir

22 Sentyabr 2017 20:48

Ukraynanın Hindistandakı səfiri selfi çəkərkən telefonunu oğurlayıblar

22 Sentyabr 2017 20:47

AVRO-2017: Millimiz darmadağınla başladı

22 Sentyabr 2017 20:44

Bu bölgəmizdə qorxulu bəla peyda olub -

22 Sentyabr 2017 20:40

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa çempionatına qələbə ilə başlayıb

22 Sentyabr 2017 20:37

Bakıda sərnişin avtobusu piyadanı vurdu - FOTO

22 Sentyabr 2017 20:33

Bakıda sahibkarlar və menecerlər üçün treninq keçirilib

22 Sentyabr 2017 20:32

Beynəlxalq Muğam Mərkəzində “Sevgili Canan” adlı konsert keçirilib

22 Sentyabr 2017 20:31

İspaniya Kataloniyaya əlavə qüvvələr göndərir

22 Sentyabr 2017 20:19

Ədliyyə naziri Samux rayonunda vətəndaşları qəbul edib

22 Sentyabr 2017 20:17

Ölkə prezidenti yığmamızın oyununda

22 Sentyabr 2017 20:09

İstanbul bələdiyyə başçısı istefa verdi

22 Sentyabr 2017 20:08

Azərbaycan üçün BÖYÜK TƏHLÜKƏ, 2018-ci ilin yazında MÜHARİBƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

22 Sentyabr 2017 20:03

İstanbul bələdiyyəsinin sədri vəzifəsindən istefa verib

22 Sentyabr 2017 20:02

Zirzəmidə tapdığı seyf həyatını dəyişdi -

22 Sentyabr 2017 20:00

İlham Əliyev voleybol matçında - FOTO

22 Sentyabr 2017 19:58

Məmmədyarov bu gün həmsədrlərlə görüşəcək

22 Sentyabr 2017 19:49

Dünən kraliça oldu, bu gün tacı əlindən alındı - TÜRKİYƏDƏ QALMAQAL - FOTOLAR

22 Sentyabr 2017 19:48

Türkiyə-Suriya sərhədində tikilən səddin inşası tamamlanır

22 Sentyabr 2017 19:42

Azyaşlı cinsi istəyi artıran dərman içdi -

22 Sentyabr 2017 19:39

Bərzani SON SÖZÜNÜ DEDİ: “Referendum...”

22 Sentyabr 2017 19:38

OPEC+ anlaşması ilə bağlı qərar noyabra ertələnib

22 Sentyabr 2017 19:32

XİN-dən Ermənistanla bağlı açıqlama

22 Sentyabr 2017 19:28

"Transaero" aviaşirkətinin borcunun məbləği açıqlanıb

22 Sentyabr 2017 19:17

Yaqub Eyyubov: "Azərbaycan buna qadirdir"

22 Sentyabr 2017 19:13

XİN ABŞ-ın Nümayəndələr Palatasının üzvlərini "qara siyahı"ya daxil edib

22 Sentyabr 2017 19:05

Metropolitendə yeni dispetçer mərkəzi fəaliyyətə başladı

22 Sentyabr 2017 18:59

XİN: Nalbəndyan yenə də özünü gülünc vəziyyətinə qoyur

22 Sentyabr 2017 18:58

Bakıda qadın voleybolçular arasında Avropa çempionatının açılış mərasimi keçirilib

22 Sentyabr 2017 18:57

Azərbaycan XİN Edvard Nalbəndyanın açıqlamasına münasibət bildirib

22 Sentyabr 2017 18:52

"Həmsədrlərlə masada olan təkliflər əsasında ciddi danışıqlar aparılacaq" - XİN

22 Sentyabr 2017 18:49

FIFA "Ən yaxşı futbolçu" adına 3 namizədi açıqladı

22 Sentyabr 2017 18:47

Ermənilər Ağdamın işğalda olan kəndlərini yenidən yandırdı

22 Sentyabr 2017 18:44

Yeni Zelandiyada deputatlığa azərbaycanlı namizədlə MÜSAHİBƏ: BÖLGƏNİN LİDERİDİR

22 Sentyabr 2017 18:38

Qaxda 42 yaşlı qadın itkin düşüb

22 Sentyabr 2017 18:37

Bu konqresmenlərin adı arzuolunmaz şəxslərin siyahısına salındı - XİN

22 Sentyabr 2017 18:34

Rəhbər işçilərin siyahısında dəyişikliklər edildi

22 Sentyabr 2017 18:33

Azərbaycan XİN: ABŞ Nümayəndələr Palatasının üç üzvünün adı "qara siyahı"ya salınıb

22 Sentyabr 2017 18:27

"Sberbank" Türkiyədəki biznesini satmayacaq

22 Sentyabr 2017 18:27

Türkiyədə gözlənilən iclas başladı

22 Sentyabr 2017 18:27

İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib

22 Sentyabr 2017 18:26