PSJ Neymar üçün sərvət ayırdı - Fantastik məbləğ

PSJ Neymar üçün sərvət ayırdı -   Fantastik məbləğ
15:47 10 Oktyabr 2016
81 İdman
Ölkə mətbuatı
A- A+

PSJ-nin Neymar iddiası bitib-tükənmir. Paris klubu bu yay çox çalışsa da, braziliyalı ulduzu heyətinə qata bilməmişdi. 


Hətta klubun qətərli sahibi Nasser Əl-Xəlafi sahibi onun üçün "Barselona"ya 190 milyon avro ödəməyə və özünə illik 40 milyon avro verməyə hazır olduğunu bildirmişdi. Əvvəlcə Neymar Markuinyos, Lukas Moura və Tyaqo Silva kimi braziliyalı futbolçularla birlikdə oynamaq istəyirdi. Hətta parislilərlə danışıqlar masasına da oturmuşdu. Amma bir müddət sonra fikrini dəyişərək "Barselona" ilə illik 25 milyon avro dəyərində yeni müqavilə imzalamışdı.


Fanat.Az xəbər verir ki, transferdəki nəticəsizlik PSJ-nin bu işdən vaz keçməsinə səbəb olmayıb. Əksinə, Paris klubu inadkarlıq edərək transferi reallaşdırmaq niyyətindədi.


PSJ rəhbərliyi Lionel Messinin 42 milyon avroluq maaşını göstərərək Neymara bu yaxın məbləğ təklif edəcək. "Barselona"ya isə müqavilənin pozulması qarşılığında 222 milyonluq təklif göndərəcək.


Neymarın yeni müqaviləsinə əsasən 222 milyon dəyəri var. Onu almaq istəyən klub məbləğdən keçməlidi. 2018-ci ildə isə məbləğ 250 milyon avroya qalxacaq. Bu səbəbdən PSJ transferi 2017-ci ildə bitirmək istəyir.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-psj-neymar-ucun-srvt-ayrd-t53235.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR