Binəli Yıldırım: “TANAP-ı da uğurla həyata keçirəcəyik”

Binəli Yıldırım: “TANAP-ı da uğurla həyata keçirəcəyik”
15:52 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 10 oktyabr. REPORT.AZ/ "Türkiyənin enerji ticarəti mərkəzi olması üçün aparılan işlər davam etdirilir". "Report" xəbər verir ki, bunu İstanbulda keçirilən XXIII Dünya Enerji Konqresində çıxış edən Türkiyənin baş naziri Binəli Yıldırım deyib.
B.Yıldırımın sözlərinə görə, Türkiyə Bakı-Tbilisi-Ceyhan (BTC) və Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəmərlərinin mövcudluğundan məmnundur.
“Avropanın enerji təhlükəsizliyinin əsasını təşkil edən Cənub Qaz Dəhlizinin əsas hissəsi olan Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsini də uğurla həyata keçirəcəyik”, - deyə hökumət başçısı qeyd edib.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/bineli-yildirim-tanap-i-da-ugurla-heyata-kecireceyik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR