Nəşriyyatdan Dilçilik İnstitutuna cavab: “Kitab necə təqdim edilibsə, onu da çap etmişik”

Nəşriyyatdan Dilçilik İnstitutuna cavab: “Kitab necə təqdim edilibsə, onu da çap etmişik”
16:03 10 Oktyabr 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

“Şifarişçi tərəfindən məhsul təsdiqlənəndən sonra kitab çapa verilir. Düzdür, nəşr xidmətləri bizə aiddir, lakin sifarişçi təsdiqləməsə, bizim çap etmək ixtiyarımız yoxdur”.

Bu barədə Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylunun “Orfoqrafiya” lüğətinin sonuncu nəşrindəki səhvlərlə bağlı fikirlərinə “Şərq-Qərb” nəşriyyatından Publika.az-a verilən açıqlamada bildirilib.

Belə ki, M.Nağısoylu bildirib ki, sonuncu orfoqrafiya lüğəti təkcə Dilçilik İnstitutunun məhsulu deyil: "Onun hazırlanmasında həm də "Şərq-Qərb" nəşriyyatı iştirak edib. Düşünürəm ki, orada müəyyən səhvlər var. Eyni söz bir neçə variantda gedib. Bunu danmaq olmaz”.

Nəşriyyatdan isə bildirirlər ki, çap prosesində heç bir səhv ola bilməz: “İmzalanmış maket çapa verilir. Sifarişçinin dediyindən fərqli materialı çap etmək ixtiyarımız yoxdur. Nəşr xidmətlərinə görə qarşı tərəf razılaşıb. Biz də dəyişiklikləri həyata keçirib, imzalı şəkildə çap etmişik. Bizə kitab necə təqdim edilibsə, onu da çap etmişik. Adi bir vizitka da çap olunanda sifarişçi razı olmasa, qarşı tərəf onu çap edə bilməz. Kitab çapında da sifarişçinin razılığı olmayan məhsul çap etmək mümkün deyil”.

Nəşriyyatdan bildirdilər ki, bu vaxta qədər Dilçilik İnstiutu tərəfindən kitabda yol verilmiş səhvlərlər bağlı onlara müraciət edilməyib: “Düzdür, hər hansı hərfin səhv getməsi korrektə, nəşriyyat səhvi ola bilər. Lakin sözün səhvi nəşriyyata aid ola bilməz. Nəsə səhv gedibsə belə, biz Dilçilik İnstitutu tərəfindən təsdiqlənmiş bir maketi səhv etmişik”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/171625.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR