Dubaya investisiya qoymağın tam zamanıdır - FOTOLAR

Dubaya investisiya qoymağın tam zamanıdır - FOTOLAR
16:08 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ərəb Əmirliklərinin əhəmiyyətli ticarət və turizm mərkəzi sayılan Dubay şəhəri inşaat və daşınmaz əmlak sektoru sahəsində fəaliyyət göstərən şirkətlər üçün daim maraq mərkəzidir. Doğrusu, bu əbəs deyil. Çünki əmirlik hər gün dünyaya yeniliklər qazandırır.

Publika.az xəbər verir ki, Dubay daim yüksələn dəyərləriylə Orta Şərqin və Fars körfəzinin ticarət, alış-veriş, eləcə də turizm mərkəzidir. Bölgədə olan neft, köklü ticarət tarixi və təbii gözəlliklərin fonunda inkişaf etmiş nəqliyyat şəbəkəsi, sərnişin və yük daşımada peşəkarlıq sərmayəçiləri böyük, qazanclı bazara cəlb edir.

İqtisadi avantajları

İşsizlik nisbətinin 4 faiz olduğu ölkədə mal-mülk, eləcə də gəlirlər dövlət tərəfindən vergiyə cəlb edilmir. Güzəştlərin xüsusilə bütün dünya vətəndaşları üçün geçərli olması Dubayı xarici investorların gözünün işığına çevirib.

Vergisiz yüksək icarə gəlirləri

Arxitektur quruluşuyla dünyada bənzəri olmayan bir çox tikiliyə ev sahibliyi edən Dubayda daşınmaz əmlak sektoru pərakəndə ticarət və turizm sektorlarından sonra 3-cü sırada yer alır. Sözügedən sektorda gəlir vergisinin alınmaması, hər il artan icarə gəlirləri (dollarla) qoyulan investisiyaların 8 ildə geri qayıtmasını təmin edir. Bu da daşınmaz əmlak sektorunun aparıcı şirkətlərinin Dubayda yeni layihələr həyata keçirməsinə stimul verir.

Turizm

Dubay həm də Orta Şərqin turizm mərkəzi sayılır. Çünki dünyanın 8-ci möcüzəsi olaraq şərh edilən, palma formasında olan “Palm Jumeirah”, 7 ulduzlu “Burj Al Arab” hoteli, kainatın ilk sualtı hoteli “Water Discus Hotel”, eləcə də ən böyük alış-veriş mərkəzi “Dubai Mall” bu şəhərdə yerləşir. Bununla yanaşı, inkişaf etmiş nəqliyyat şəbəkəsi, fərqli əyləncələrin təşkili də turistləri şəhərə cəlb edir.

Bənzərsiz çimərlikləri və mövzu parkları

Rəqəmlərin təhlili göstərir ki, 2015-ci ildə 16 milyon turist Dubaya səfər edib. Turistlərin diqqətini yuxarıda sadalanan lüks xidmətlərlə yanaşı, çimərliklər, mövzu parkları çəkib. Fərqli tətil fəaliyyətlərinin təqdim edildiyi əmirlikdə dənizə çıxışı olan hotellərdə dincələnlərə helikopterlə suya tullanmaq, çöl iqlimində xizək sürmək kimi xidmətlər göstərilir.















Xəbərin orijinal ünvanı: http://publika.az/news/iqtisadiyyat/171626.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR