Prezident İlham Əliyev: “Türkiyə xalqı Ərdoğanın ətrafında sıx birləşərək böyük qəhrəmanlıq göstərdi”

Prezident İlham Əliyev:  “Türkiyə xalqı Ərdoğanın ətrafında sıx birləşərək böyük qəhrəmanlıq göstərdi”
16:27 10 Oktyabr 2016
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 oktyabr. REPORT.AZ/ “Bu ilin iyul ayında Türkiyə çətin bir sınaqdan şərəflə çıxdı”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresindəki çıxışında deyib.
Dövlət başçısı qeyd edib ki, Türkiyə xalqı prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək böyük qəhrəmanlıq göstərdi: “Onlar Türkiyədə hərbi çevrilişə cəhdin qarşısını aldı, dövlətçiliyini qorudular. Bundan başqa, Türkiyənin xoşbəxt bu gününü və gələcəyini qurdular. Biz Azərbaycanda sizinlə fəxr edirik”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR