Bakıda üçotaqlı ev yanıb

Bakıda üçotaqlı ev yanıb
16:37 10 Oktyabr 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bakıda sahəsi 65 kvadratmetr olan 3 otaqlı yaşayış evi əşyaları ilə birlikdə yanıb.
"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi, V.Vəliyev küçəsində qeydə alınıb.
Hadisə zamanı Ceyhunə Sadıqovaya məxsus fərdi yaşayış evi yanıb.
Hadisə yerinə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşları alovun digər evlərə keçməsinin qarşısını alıb.
Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.



Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-ucotaqli-ev-yanibf

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR