Uğura İnan, Öz Biznesinə Başla! - FOTO

Uğura İnan, Öz Biznesinə Başla! - FOTO
17:17 10 Oktyabr 2016
41 Ölkə
Ölkə mətbuatı
A- A+

"ASAN Könüllüləri" təşkilati Azərbaycan Banklar Assosiasiyasının birgə dəstəyi ilə nəşr olunan "Uğura İnan, Öz biznesinə Başla!" kitabının təqdimatı keçirilib.

Təqdimatda "ASAN Könüllüləri" təşkilatının sədr müavini Rəbiyyə Cəfərova, kitabın müəllifi Elşən Bədirxanov, Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov çıxış edərək satış məqsədi daşımayan və ödənişsiz olan bu kitabın gənclərə verəcəyi töhfədən söhbət açıblar.

Bildirilib ki, yeni ərsəyə gəlmiş bu kitabça bir çox gənci aktivliyə və bizneslə məşğul olmağa sövq edəcək və mikrobiznesə başlamaq istəyən gənclər üçün əvvəldən sonadək bütün prosesləri əhatə edən bir bələdçi olacaq. Kitab dünyada ən məşhur iş adamları, motivasiya trenerləri, biznes müəllifləri tərəfindən yazılmış kitab və məqalələr əsasında tərtib edilib.

Təqdimatın sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb və onlara müəllifindən imzalı kitablar təqdim olunub.

Qeyd edək ki, ödənişsiz olan bu kitabı "ASAN Könüllülər" təşkilatından əldə etmək mümkündür.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/478068.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR