Həkim mişara əl atdı... - FOTO

Həkim mişara əl atdı... - FOTO
17:32 10 Oktyabr 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

"Sabirabad mişari" komediya filminin çəkilişləri başlayıb. Filmdə aktyorlardan əlavə, tanınmış uroloq və androloq Seymur Mehdiyev də yer alib. Həkim öz müsahibəsində bildirib: "Filmdə mən həkim obrazındayam. Elə özümü oynayıram. Əvvəlcə məşhur "Mişar" filminin dəhşət filmi olduğunu eşidəndə bir az çəkindim, amma sonradan bəlli oldu ki, ssenaristlər həmin filmin komik parodiyasını yazıblar. Düzdür, mən komik rolda deyiləm. Filmin əsas qəhrəmanlarından biri, tanınmış aktyor Teymur Məmmədov xəstə olaraq filmdə mənə müraciət edir. Onu da nəzərinizə çatdırım ki, ssenari məni çox cəlb elədi. Bu işdə bütün kollektivə uğurlar arzulayıram".

Onu da qeyd edək ki, filmdə bir çox tanınmış aktyorlar yer alıblar.

Filmin ssenari müəllifi Ramil Adiloğlu və Elşad Zarafatsızdır.

Rejissor Ramil Adiloğlu

Prodüser Zaur Əliyev

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR