"Neftçi"nin futbolçusu Vançe Şıkov Makedoniya millisinin heyətində növbəti oyunlarını keçirib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, müdafiəçi dünya çempionatının seçmə mərhələsi çərçivəsində baş tutmuş hər iki ev matçında iştirak edib. Şıkov oktyabrın 6-da makedoniyalıların İsrail milli komandasına 1:2 hesabı ilə məğlub olduqları oyunun 51-ci dəqiqəsində əvəzlənib. Ayın 9-da baş tutmuş Makedoniya - İtaliya (2:3) görüşündə isə 90 dəqiqə ərzində meydanda olub.
Milli.Az