Futbolda yeni dəb: 3 ayaqüstü, 8 oturaq - FOTO

Futbolda yeni dəb: 3 ayaqüstü, 8 oturaq - FOTO
17:38 10 Oktyabr 2016
45 İdman
Ölkə mətbuatı
A- A+

Adətən futbol oyunları başlamamışdan əvvəl komandalar xatirə şəkli çəkdirirlər. Əsasən bu şəkillərdə 6 futbolçunun ayaqüstə, 5 futbolçunun isə oturaraq şəkil çəkdirdiyini görmüşük. Ancaq Uels millisi deyəsən, futbola yeni dəb gətirmək niyyətindədir.

Publika.az xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsində Gürcüstanla oyundan (1:1) əvvəl Beyl və komanda yoldaşları yenə fotokameraların önünə keçiblər. Ancaq ənənəvi düzülüşdə yox...

Uelsli futbolçuların üçü ayaq üstə dayanıb, 8 nəfər isə oturub. Bu şəkil sosial şəbəkələrdə əsas müzakirə mövzusuna çevrilib.

Pərviz Hikmət

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR