Bakıda nişanlı cütlüyün qarajdakı maşında meyiti tapıldı

Bakıda nişanlı cütlüyün qarajdakı maşında meyiti tapıldı
17:44 10 Oktyabr 2016
148 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün günorta saatlarında Bakı şəhərində nişanlı cütlüyün meyiti tapılıb.

 

Lent.az-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, təxminən 20-25 yaşlı qızla oğlanın nəşi Yasamal rayonu, Tbilisi prospektində yerləşən qarajda tapılıb.

 

İki gün öncə cütlüyün itkin düşməsi barədə polisə məlumat daxil olub və axtarışlara başlanılıb. Bu gün isə gənclərin maşında meyitləri tapılıb.

 

İlkin ehtimala görə, onlar avtomobildə uzun müddət qalıb və kondisioneri işlək vəziyyətdə saxlayıblar. Maşına dolan zəhərli havadan boğulub ölüblər.

 

Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsindən məlumatı təsdiqləyiblər. Bildirilib ki, tapılan meyitlərin kimliyi hələ ki, müəyyən edilməyib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256121

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR