Bakıda avtomobil yeraltı piyada keçidinin divarına çırpılıb

Bakıda avtomobil yeraltı piyada keçidinin divarına çırpılıb
17:52 10 Oktyabr 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bakıda avtomobil idarəetmədən çıxaraq yeraltı piyada keçidinin divarına çırpılıb. 
"Report" məlumatına görə, yol-nəqliyyat hadisəsi Yasamal rayonunun Parlament prospektində qeydə alınıb.
Belə ki, "Toyota" markalı avtomobilin sürücüsü "Hərəkət qadağandır" nişanına əməl etmədiyindən, o cümlədən əks istiqamətdən gələn avtomobillərə çırpılmasın deyə sükanı sola tərəf doğru çevirib. Bu zaman avtomobil idarəetmədən çıxaraq piyada səkisinin dəmir arakəsmələrinə, daha sonra yeraltı piyada keçidinin divarına çırpılıb. Avtomobil deformasiyaya uğrasa da, sürücü xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-avtomobil-idareetmeden-cixaraq-yeralti-piyada-kecidinin-divarina-cirpilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR