Azərbaycanlı müğənni ailə həyatının dağılmasından danışıb

Azərbaycanlı müğənni ailə həyatının dağılmasından danışıb
18:12 10 Oktyabr 2016
175 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Samir Piriyev birinci ailə həyatının dağılmasından danışıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi "Qonaq gəl bizə" verilişində aparıcının "Müğənnilərin əksəriyyətinin ailə həyatı alınmır, boşanırlar. Sizdə də belə hal yaşandı" sözlərinə belə cavab verib:

"Həyatın yazılmış və yazılmamış qanunları var. Heç kim heç nədən sığortalanmayıb. Baxırsan, həyatda hər şey yaxşıdır, amma qəfildən münasibətlər dağılır. Yaradan belə yazıb, bir yerdə yollarımız ayrıldı. Yeri-göyü yaradan varlıq var, hamımızı idarə edir. Addım atanda özümü yox, ailəmi, uşaqlarımı fikirləşmişəm. Çalışmışam ki, atdığım addıma görə, övladlarım mənə görə xəcalət çəkməsinlər. Böyüyəndə deməsinlər ki, atamız yalançıdır, kələkbazdır. Günümüzdə adamlar var ki, kişilikdən, əqidədən danışır, amma tətbiq etmirlər. Kimdə nə yoxdursa, ondan danışır. Bu gün nəyəsə sahib olarsan, amma sabah əməlin səni pis hala gətirib çıxaracaq. Biz qınamağı çox bacarırıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/478092.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR