Azərbaycan yığmasının oyunçularının çıxış etdiyi klubun baş məşqçisi istefaya göndərilib

Azərbaycan yığmasının oyunçularının çıxış etdiyi klubun baş məşqçisi istefaya göndərilib
18:12 10 Oktyabr 2016
54 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 10 sentyabr. REPORT.AZ/ Portuqaliyanın "Boavişta" klubunun baş məşqçisi Ervin Sançes istefaya göndərilib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, tərəflər qarşılıqlı razılıq əsasında yollarını ayırıb.
Klub "Boavişta"nın maraqları naminə ən düzgün qərarı qəbul etdiklərini bəyan edib və boliviyalı mütəxəssisə uğurlar arzulayıb.  
Qeyd edək ki, "Boavişta"da Azərbaycan yığmasının 2 oyunçusu forma geyinir. Bunlar qapıçı Kamran Ağayevlə yarımmüdafiəçi Emin Mahmudovdur. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR