"PwC Azerbaijan"a yeni direktorlar təyin edilib

"PwC Azerbaijan"a yeni direktorlar təyin edilib
18:37 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 10 oktyabr. REPORT.AZ/ “PwC Azerbaijan” şirkəti vergi və hüquq praktikasına Maykl Aherni, məsləhət xidmətləri praktikasına isə Emin Şıxqayıbovu partnyor vəzifəsinə təyin edib. 
Bu barədə “Report”a şirkətin Marketinq Departamentindən məlumat verilib.
Bildirilib ki, “PwC Azerbaycan”ın ölkə üzrə idarəedici partnyoru Movlan Paşayev öz vəzifəsində şirkətə rəhbərlik edəcək, Petko Dimitrov isə audit praktikasının rəhbəri vəzifəsini icra edəcək.
Ümumiyyətlə, M.Ahern Mərkəzi-Şərqi Avropa və Afrikada müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, son dövrlərdə Qazaxıstan və Avrasiyada vergi və hüquq praktikasına rəhbərlik edib. Maliyyə idarəetməsi və konsaltinq sahəsində 15 ildən artıq təcrübəsi olan E.Şıxqayıbov neft və qaz sənayesində bir sıra layihələrin rəhbəri olub.
Bu təyinatlarla "PwC Azerbaijan"da audit, vergi, hüquq və məsləhət xidmətlərinə rəhbərlik edən partnyorların sayı 4-ə çatıb.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/pwc-azerbaijan-a-yeni-direktorlar-teyin-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR