Həkim mişara əl atdı və öz xəstəsini... - FOTO

Həkim mişara əl atdı və öz xəstəsini... - FOTO
18:38 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

“Sabrabad mişarı” komediya filminin çəkilişləri başlayıb. Filmdə aktyorlardan əlavə tanınmış uroloq və androloq Seymur Mehtiyev də yer alıb.

Publika.az Trend-ə istinadən xəbər verir ki, Həkim bildirib: “Filmdə mən həkim obrazındayam. Elə özümü oynayıram. Əvvəlcə məşhur “mişar” filminin dəhşət filmi olduğunu eşidəndə bir az çəkindim, amma, sonradan bəlli oldu ki, ssenari müəllifləri həmin filmin komik parodiyasını yazıblar. Düzdür, mən komik rolda deyiləm, amma, filmin əsas qəhrəmanlarından biri, tanınmış aktyor Teymur Məmmədov xəstə olaraq filmdə mənə müraciət edir. Onu da nəzərinizə çatdırım ki, ssenari məni çox cəlb elədi. Bu işdə bütün kollektivə uğurlar arzulayIram.”

Qeyd edək ki, filmdə bir çox tanınmış aktyorlar yer alıb.

Filmin ssenari müəllifi Ramil Adiloğlu və Elşad Zarafatsızdır.

Rejissor Ramil Adiloğlu, prodüser Zaur Əliyevdir.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/171653.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR