Yaşar Nəcəfov dünya çempionu oldu

Yaşar Nəcəfov dünya çempionu oldu
18:47 10 Oktyabr 2016
34 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan samboçusu Yaşar Nəcəfov Rumıniyanın Ployeşti şəhərində keçirilən yeniyetmə və gənclərin dünya çempionatının qızıl medalına sahib çıxıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 56 kq çəkidə yarışan idmançı həlledici döyüşdə gürcüstanlı Saba Qriqalaşvilini məğlub edib. Bu, Azərbaycanın çempionatda əldə etdiyi yeganə medal olub. Qeyd edək ki, dünya çempionatında baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında yeniyetmələrdən Əliş Yusifov (48 kq), Murad Əliyev (52 kq), Yaşar Nəcəfov (56 kq), Fuad Məmmədov (60 kq), Bahadur Əsgərov (65 kq), Aydın Ələkbərov (70 kq) və Əli Nəzərli (75 kq), gənclərdən isə Yusif Nəbiyevlə (62 kq) Röyal Zeynalov (82 kq) iştirak ediblər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR