Geyim seçəndə SONSUZLUQ haqda da düşünün

Geyim seçəndə SONSUZLUQ haqda da düşünün
19:05 10 Oktyabr 2016
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Geyinmək, bəzənib-düzənmək qadınların ən sevimli məşğuliyyətidir. Xanımlar geyim seçərkən ilk olaraq paltarın və ya ayaqqabının rənginə, modelinə, brendinə, hətta  qiymətinə belə  diqqət edirlər. Amma çox təsadüfi hallarda seçdikləri geyimin sağlamlığa nə kimi zərər verəcəyini düşünürlər. Bəlkə də heç düşünmürlər - "Dəbli olsun və mənə yaraşsın, vəssalam".

 ATV.az xəbər verir ki, bəzi geyimlər qadın sağlamlığına inanılmaz dərəcədə zərər verə bilir. Bu siyahıda hündürdaban ayaqqabılar, ağır çanta və boyunbağılar, dar paltarlar var.      

Ginekoloq Nərgiz Vəliyeva deyir ki, qadınlar infeksion xəstəliklərlə müraciət etdikdə, onlara dar alt paltarı, dar  şalvar, beli düşük şalvarlar geyinməyin doğru olmadığı izah edilir:

"Bu, əsasən gənc qızlarımıza aiddir. Xüsusən alt paltarlarının keyfiyyətinə fikir verməlidirlər".

Həkim qeyd edir ki, qız övladı olan analar belə məsələlərdə xüsusi diqqətli olmalıdırlar. Ola bilər ki, yeniyetmə qızın həyatında ən önəmli məqamlardan biri dəblə geyinmək və gözəl görünmək olsun. Amma bu məsələ illər sonra, yəni həmin qız  ailə qurduqdan sonra və ya ana olmaq istəyərkən əsl əmmaya çevrilə bilər. Məsələ ondadır ki, dar geyimlər və hündürdaban ayaqqabılardan yalnış və aşırı istifadə sonsuzluq kimi ağır nəticəyə səbəb olur:

"Reproduktiv dövrdə olan qadınlara tövsiyəmiz odur ki, düzgün ayaqqabı seçimi etsinlər. Çox dikdaban ayaqqabı geyinmək olmaz. Hamiləlikdə çox kiçik bir dabanı olan ayaqqabılar seçməlidirlər".

Qadınların uzun müddət dar şalvar geyməsi damarların sıxılaraq qeyri-normal vəziyət almasına səbəb olur. Rəhmdə iltihablanma, göbələk, ayaqların büküm yerlərində yaraların əmələ gəlməsinə gətirib çıxarır. Həkimlər bildirirlər ki, çox dar şalvar və korsetlər mütəmadi geyinilərsə, rəhm və yumurtalıq xərçənginə də səbəb ola bilir. 

Bəli, araşdırmamız göstərir ki, məsələ yetərincə ciddidir. Amma bu o demək deyil ki, biz sevdiyimiz məşğuliyyətdən, yəni geyinməkdən, bəzənməkdən vaz keçməliyik. Modelyer Günel Yusifova xanımlara dəbli və sağlam çıxış yolunu göstərdi: 

"Biz bilirik ki, hündürdaban çox ziyandır. Ancaq platforma olduqda tarazlayır və onurğaya daha az ağırlıq düşür. Geyimlərdə isə daha çox bizə narahatlıq verən şalvarlardır. Cins şalvar təbii materialdandırsa, o, zamanla, geyinildikcə açılır  və daha rahat olur. Süni matrialdan olsa, mümkün qədər bədənlərinə uyğun olmalıdır ki, bədən ölçüsünü defarmasiya etməsin. Yəni, zamanla o hissələrdə qüsur yaratmasın". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/478116.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR