Goranboyda erməni qəbiristanlığında silah-sursat tapılıb

Goranboyda erməni qəbiristanlığında silah-sursat tapılıb
19:27 10 Oktyabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboy. 10 oktyabr. REPORT.AZ/ Goranboy rayonunda ermənilərə məxsus silah-sursat aşkar edilib. 
"Report"un Qarabağ bürosu xəbər verir ki, Xocalı Rayon Polis Şöbəsinə Goranboy rayonunun əvvəllər ermənilər yaşayan Ağcakənd kəndində erməni qəbiristanlığında silah-sursatın olması ilə bağlı anonim zəng daxil olub. Bundan sonra hüquq-mühafizə orqanının əməkdaşları əraziyə baxış keçiriblər. Meşəlik ərazidə araşdırma zamanı torpağa basdırılmış müxtəlif növ silah-sursatlar aşkar edilib.
Silahların Qarabağ müharibəsi dönəmində əraziyə ermənilər tərəfindən basdırıldığı ehtimal olunur. Ərazidən 2 ədəd avtomat, 1 ədəd naqan, 2 ədəd of tüfəngi, əl qumbarası, avtomat darağı, o cümlədən müxtəlif çaplı güllələr aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülüb.
Silahların cinayətlərdə istifadə olunub-olunmadığı araşdırılır.
Qeyd edək ki, Xocalı Rayon Polis Şöbəsi tərəfindən aşkar olunan silah-sursat araşdırıldıqdan sonra aidiyyəti orqanlara təhvil veriləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR