Azərbaycan çempionu Makedoniyaya 11 futzalçı aparır

Azərbaycan çempionu Makedoniyaya 11 futzalçı aparır
19:37 10 Oktyabr 2016
39 İdman
Ölkə mətbuatı
A- A+

Futzal üzrə UEFA Kubokunun sabah start götürəcək əsas mərhələsində iştirak edəcək “Araz” sifariş vərəqini Avropa futbol qurumuna təqdim edib. Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu Makedoniyada keçiriləcək qrup oyunlarında 13 oyunçunun xidmətindən istifadə edəcək.


Siyahıda yer alan futzalçıların hamısı komandaya kömək edə bilməyəcək. Rizvan Fərzəliyev və Fineo De Araujo zədə səbəbindən kənarda qalacaq.


1. Rövşən Hüseynli, 19. Anar Məmmədov, 13. İsa Atayev, 11 Xətai Bağırov, 3. Everton Kardosa, 7. Ramiz Çovdarov, 5. Fineo De Araujo, 8. Rizvan Fərzəliyev, 6. Eduardo Mello, 15. Oliveira Do Nascimento Villiams, 4. Fabio Poletto, 14. Oqtay Rüstəmli, 10 Tiyaqo Teles Martins.

 

Qeyd edək ki, "Araz" sabah Tiflis Dövlət Universitetinin komandası ilə qarşılaşacaq. Ertəsi gün Kosovonun “Feniks” klubu ilə üz-üzə gələcək Azərbaycan çempionu son matçından meydan sahibi “Zalazareç”lə gücünü sınayacaq. Bu oyun oktyabrın 14-də baş tutacaq. Qrup mərhələsinin ilk iki pillədə başa vuracaq komandalar elit mərhələyə vəsiqə qazanacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycan-cempionu-makedoniyaya-11-futzalc-aparr-t53245.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR