Donald Tramp ABŞ-ın energetika şirkətlərinə kömək edəcəyini açıqlayıb

Donald Tramp ABŞ-ın energetika şirkətlərinə kömək edəcəyini açıqlayıb
19:47 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 10 oktyabr. REPORT.AZ/ ABŞ-da prezidentliyə namizəd Donald Tramp seçildiyi təqdirdə energetika şirkətlərinə yardım edəcəyini açıqlayıb. 
"Report" TASS agentliyinə istinadən xəbər verir ki, milyarder namizəd həmçinin ölkədəki energetika şirkətlərini rəqabətqabiliyyətli olmaları üçün qoruyacağını bildirib.
D.Tramp oktyabrın 9-da Missuri ştatının Sent-Luis şəhərinin Vaşinqton Universitetində ümummilli debat zamanı çıxışında bildirib:  "Biz günəş enerjisi və digər bərpa olunan enerji növlərinin inkişafını dəstəkləyirik. Amma, unutmaq lazım deyil ki, kömürün təmiz yandırılması imkanları da mövcuddur".
Respublikaçı namizəd həmçinin vurğulayıb ki, ABŞ nəhəng enerji ehtiyatlarına sahibdir və enerji daşıyıcılarını ixrac edən ölkə olmalıdır. 

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/donald-tramp-abs-in-energetika-sirketlerine-komek-edeceyini-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR