Şeydayev də məşqçisiz qalır?

Şeydayev də məşqçisiz qalır?
19:47 10 Oktyabr 2016
47 İdman
Ölkə mətbuatı
A- A+

Millimizin futbolçusu Ramil Şeydayevin üzvü olduğu "Trabzonspor" baş məşqçi Ərsun Yanalın istefaya göndəriləcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, klubun prezidenti Muharrem Usta bildirib ki, Ə.Yanalla yolları ayırmaq fikirləri yoxdur.

"Başımıza nə gəldisə, "onu yolla, bunu gətir" mentalitetinə görə gəldi. Ərsun Yanal istefaya göndərilməyəcək. Onu göndərməklə nə olacaq ki? Daha yaxşı məşqçi tapacağıq?" - deyə klub prezidenti bildirib.

Qeyd edək ki, "Trabzonspor" Superliqada 6 turdan sonra 6 xalla 12-ci yeri tutur. Komandanın uğursuz çıxışlarından sonra Ə.Yanalın istefaya göndəriləcəyi haqda söhbətlər yayılıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR