Elmar Məmmədyarov Filippo Lombardi ilə görüşdü

Elmar Məmmədyarov Filippo Lombardi ilə görüşdü
19:52 10 Oktyabr 2016
13 Ölkə
Ölkə mətbuatı
A- A+

Xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyasına rəsmi səfəri çərçivəsində İsveçrə parlamentində Azərbaycan üzrə dostluq qrupunun rəhbəri Filippo Lombardi ilə görüşüb.

XİN-dən Milli.Az-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov Azərbaycan və İsveçrə arasında əməkdaşlığın inkişafında parlamentlərarası dostluq qruplarının fəaliyyətinin mühüm rola malik olduğunu bildirdi.

2013-cü ildə Azərbaycana səfərini, Bakıda keçirilmiş Birinci Avropa oyunlarının açılış mərasimində iştirakını və bu ilin martında İsveçrəyə səfər edən Azərbaycan Milli Məclisinin üzvləri ilə görüşünü xatırladan Filippo Lombardi paralamentlərarası dostluq qruplarının ölkələrimiz arasında əməkdaşlığın inkişafına öz töhfəsini verdiyini bildirdi.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin mövcud vəziyyəti, habelə danışıqlar prosesi barədə həmsöhbətinə məlumat verdi.

Səfərin yekununda İsveçrə Parlamenti adından nazir Elmar Məmmədyarov və Azərbaycan nümayəndə heyətinin şərəfinə ziyafət verildi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/478130.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR