Putindən “kiçik qardaş”a zərbə, həkimə möhtac qalan prezident...- GÜNÜN SİYASİ XÜLASƏSİ

Putindən “kiçik qardaş”a zərbə, həkimə möhtac qalan prezident...- GÜNÜN SİYASİ XÜLASƏSİ
19:53 10 Oktyabr 2016
232 Ölkə
Ölkə mətbuatı
A- A+

İraq və Türkiyə arasında gərginlik yüksələn xətt üzrə davam edir. Post-sovet məkanında Kreml üçün ən sadiq ölkə sayılan Belarusda isə “mərkəzdənqaçma” meylləri özünü daha açıq şəkildə göstərməyə başlayıb. Dünyanın diqqəti isə bu gün Türkiyənin İstanbul şəhərində idi.

Dünyanın gözləri İstanbulda

“Yeni üfüqlərə qucaq açmaq” devizi altında keçirilən 23-cü Dünya Enerji Konqresində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Venesuela Prezidenti Nikolas Maduro Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusi dəvəti əsasında iştirak edirdilər.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirin açılışında çıxış edib. Enerji mövzusunda Türkiyə və Azərbaycanı görməməzlikdən gəlməyin mümkün olmadığını deyən dövlət başçısı iki ölkənin birgə enerji layihələri icra etdiyini bildirib. İlham Əliyev TANAP-ın daxil olduğu Cənub Qaz dəhlizi layihəsinin dəyərinin 45 milyard dollar olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

İlham Əliyev bu ilin iyulunda Türkiyənin çox böyük çətin sınaqdan çıxdığını dilə gətirib: “Xalq Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək böyük qəhrəmanlıq göstərdi, qiyamın qarşısı alındı. Biz sizinlə fəxr edirik”.

Azərbaycan qazının TANAP üzərindən Avropaya nəql ediləcəyini bildirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Türk Axını” layihəsi üçün işlərinin davam etdiyini qeyd edib: “Türkiyənin enerji resursları baxımından xaricdən asılı olduğunu söyləyən Ərdoğan bildirib ki, Türkiyə Yaxın Şərq və Xəzər hövzəsi başda olmaqla, dünyanın enerji resurslarının 1/3-nin olduğu coğrafiyada yerləşir: “Bakı-Tbilisi-Ərzurum və İran-Türkiyə qaz kəmərləri Türkiyənin bu sahədə qazandığı uğurlardır. Cənub Qaz Dəhlizinin onurğasını təşkil edən TANAP-ı inşa edirik. TAPA-ın davamı olacaq TAP-la Azərbaycan qazı Avropa bazarlarına çatacaq. Türkmənistan qazının da Cənub Qaz Dəhlizinin ilə ixracı üçün böyük səy göstəririk”.

Türkiyə prezidenti qeyd edib ki, TANAP layihəsinin həyata keçirilməsi ilə Avropa üçün yeni alternativ ortaya çıxacaq.

Türkiyənin baş naziri Binəli Yıldırımda çıxışında TANAP-ın Cənub Qaz dəhlizinin onurğasını təşkil etdiyini deyib.

Rusiya prezidenti Vladimir Putin isəçıxışında neft istehsalçılarını hasilatı dondurmağa və ixtisar çağırıb.

Prezident vurğulayıb ki, bu qərar neft bazarının sabitliyinin saxlanılması üçün əhəmiyyətlidir: “Hesab edirik ki, yaranmış vəziyyətdə neft hasilatının ixtisarı dünya energetikasının sabitliyinin saxlanılması üçün yeganə düzgün qərardır. Bu, bazarın balansının bərpasını sürətləndirəcək”.

Rusiya prezidenti qeyd edib ki, ölkəsinə tətbiq olunan birtərəfli sanksiyalar dünya neft bazarlarına sabitlik gətirmir. Dövlət başçısı həmçinin qeyd edib ki, hələlik karbohidrogen erasının qüruba getdiyi barədə danışmaq üçün real əsaslar yoxdur.

Enerji mövzularının danışıldığı Dünya Enerji Konqresində Yaxın Şərqdəki vəziyyət də yaddan çıxmayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdə sülhün təmin edilməsi üçün çağırış edib: “Dünyanın dörd bir tərəfindən gələn dövlət başçılarına səslənirəm. Yaxın Şərqə sülh gətirmək üçün əl-ələ verək. Hələbdəki kiçik bir uşaq üfüqə baxanda, içi ümidlə dolmalıdır. Ancaq hazırda vertolyot və təyyarələrin atdığı bombaları görür. Gəlin, sülh üçün əlimizdəki imkanlardan ən yaxşı şəkildə istifadə edək”.

Atambayevin Putinin xəstəxanasına getməsinin sirri: Ərdoğandan ŞOK TƏLİMAT

Qırğız millət vəkilinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı səsləndirdiyi iddia şok effekti yarada bilər.

Parlamentdə çıxışı zamanı ölkənin daxili və xarici siyasətini tənqid edən Omurbek Tekebayevin sözlərinə görə, Ərdoğan Qırğızıstan prezidenti Almazbek Atambayevin Türkiyədə heç bir xəstəxanada müalicə edilməməsi barədə təlimat verib.

Qırğızıstanın “Bagıt.Kg” qəzetinə danışan Qırğızıstanın Türkiyədəki səfiri Mambetjunus Abılov isə Türkiyə-Qırğızıstan əlaqələrinin pisləşməsini FETÖ (Fəthullahçı Terror Təşkilatı) faktoru ilə əlaqələndirib.

Atambayevin Putinin xəstəxanasına getməsinin sirri: Ərdoğandan ŞOK TƏLİMAT

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstan prezidenti Almazbek Atambayevin Türkiyədə heç bir xəstəxanada müalicə edilməməsi barədə təlimat verib.

Gürcüstan parlamentində üç partiya təmsil olunacaq

Gürcüstanda oktyabrın 8-də keçirilən parlament seçkilərin nəticələrinə görə, üç partiya qanunverici orqanda təmsil olunacaq. Bunlar “Vətənpərvərlər Alyansı”, “Gürcü arzusu” hakim partiyası və Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin lideri olduğu “Vahid Milli Hərəkat” partiyasıdır.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, “Gürcü arzusu” 48,6, Vahid Milli Hərəkat” 27,14, “Vətənpərvərlər Alyansı” isə 5 faiz səs toplayıb.

Keçmiş prezident Mixail Saakaşvilinin partiyası - qələbə qazanmasa da, ekspertlər hesab edirlər ki, partiyanın siyasi proseslərə böyük təsir olacaq. Xuxaşvili hadisələrin inkişafının iki mümkün ssenarisinin açıqlayıb. Onun sözlərinə görə, “Vahid Milli Hərəkat” “qısamüddətli yol” və ya “inqilabi ssenari” üzrə gedə bilər.

Gürcüstanda Putin qalib gəldi: Saakaşvilinin İKİ SSENARİSİ

Gürcüstanda parlament seçkilərinin nəticələrinə görə, keçmiş prezident Mixail Saakaşvilinin tərəfdarlarına vəd verdiyi qələbə mümkün olmadı. Amma “Vahid Milli Hərəkat” əvvəlki kimi Gürcüstanda əsas müxalifət gücü olaraq qalır.

Rusiya sərhədinə QOŞUN YERİDİLDİ: MÜHARİBƏYƏ HAZIRLIQ

Sentyabr ayında Belarusda genişmiqyaslı hərbi təlimlər baş tutdu. Təlimlər çərçivəsində dövlət sərhədlərinin gücləndirilməsi üçün şərti əməliyyatlar keçirildi, həmçinin şərti rəqibin hücumları dəf edildi.

“Defence24” portalının eksperti Yuliuş Sabak “Polşa Radiosu”na müsahibəsində son təlimlərin spesifik xarakter daşıdığını deyib. Onun sözlərinə görə, təlimlərin spesifikliyi onun ölkənin şərqində keçirilməsidir.

Yuliuş Sabak hesab edir ki, bu təlimlər kifayət qədər ciddi siqnaldır. Ekspert qeyd edir ki, “yaşıl adamcığazlar” əhəmiyyətli rus azlığı yaşayan istənilən ölkədə çıxa bilər: “Belarusun milyondan çox vətəndaşı, xüsusilə ölkənin şərqində özlərini rusiyalı hesab edirlər. Buna görə də belə bir ssenari Lukaşenko tərəfindən olduqca ciddi qəbul olunur. Son təlimlər “separatçılara” dəqiq siqnalıdır ki, Lukaşenko bu ssenariyə hazırdır”.

Qeyd edək ki, daha əvvəl “Espresso” nəşrinə müsahibəsində Üçtərəfli əlaqə qrupunun siyasi yarımqrupunda Ukraynanın keçmiş nümayəndəsi Roman Bezsmertnıy Rusiyanın Belarus və Qazaxıstanda münaqişələr hazırladığını bildirib.

Rusiya sərhədinə QOŞUN YERİDİLDİ: MÜHARİBƏYƏ HAZIRLIQ

“Bu kifayət qədər mürəkkəb siyasi vəziyyətlə bağlı ola bilər".

Belarus prezidenti Aleksandr Lukaşenko açıqlama verib ki, Rusiya və Belarus neft-qaz sferasında mübahisəni qaydaya salıb. “Mən dünən hökumətin Rusiya ilə neft-qaz məsələləri üzrə məruzəsiylə tanış oldum. Belə anladım ki, növbəti döyüş başa çatıb və biz uyğun olan sənədin imzalanmasına nail olacağıq. Problemli məsələlər, ən azından dünənki günə uyğunlaşdırılıb”, - dövlət başçısı bildirib.

Lakin üstündən saatlar keçəndən sonra Rusiyanın baş naziri Dmitri Medvedyev Lukaşenkonu məyus edib. Onun sözlərinə görə, Belarus üçün qazın qiyməti dəyişməz olaraq qalacaq.

Sentyabr ayında Rusiya və Belarus təbii qazın qiyməti haqqında razılaşa bilməyiblər. Tərəflərin fikir ayrılıqları ilin əvvəlində yaranıb. Həmin vaxt Belarusun baş naziri Andrey Kobyakov bildirib ki, min kubmetr qaz üçün 132 deyil (hazırkı qiymət), 80 dollar ödənilməlidir. 2016-cı ilin ilk yarımilliyində Belarusun Rusiyaya təbii qaza görə borcu 270 milyon dollardan çox təşkil edib.

Qorbaçovdan SOS: “Nüvə silahı tətbiq oluna bilər”

“Dünya təhlükəli vəziyyətə yaxınlaşıb”. Bunu SSSRİ-nin keçmiş lideri Mixail Qorbaçov “RİA-Novosti” agentliyinə müsahibəsində deyib.

Onun fikrincə, dünya əsas prioritetlərə - nüvə silahının ixtisarı, terrorizmlə mübarizə və ekoloji faciənin qarşısının alınmasına qayıtmalıdır.

SSRİ-nin sabiq prezidenti etiraf edib ki, indiki şərtlərdə nüvəsiz dünya haqqında danışmaq çətindir. Amma onun fikrincə, bu hədəf utopiya deyil: “İndiki şərtlərdə nüvəsiz dünya haqqında danışmaq çətindir. Bunu etiraf etmək lazımdır. Amma unutmayaq ki, nüvə silahı mövcuddur və onun tətbiqi təhlükəsi var. Bu, təsadüf, texniki nasazlıq, insanın qəddar iradəsi və terrorçunun müdaxiləsi ilə ola bilər. Nüvəsiz dünya utopiya deyil, imperativ ehtiyacdır”.

Ankara-Bağdad gərginliyi

İraqın Baş naziri Heydər Abadi Türkiyə əleyhinə açıqlamalar verməkdə davam edir.

O, “Rudav” telekanalına verdiyi müsahibədə Başikadakı türk əsgərinin Mosul əməliyyatında iştirak etməyəcəyini deyib: “Türkiyənin heç bir şəkildə Mosul əməliyyatına qatılmasına imkan verməyəcəyik. İraq sərhədləri daxilində olan türk əsgərinə bir məsləhətim var: yerindən tərpənməsin. Türkiyənin İraqda qalmaq üçün bu qədər israr etməsinə sadəcə təəccüblənirəm”.

Ankaranın bu bəyanata cavabı özünü çox gözlətməyib. Baş nazir Binəli YıldırımTürkiyə sərhədlərinin təhlükəsizliyi üçün hər cür tədbir görəcəyini vurğulayıb.

Rusiya-NATO arasında “İsgəndər” gərginliyi

NATO müdafiə nazirləri Brüsseldə Rusiyanın Kalininqradda yerləşdirdiyi “İsgəndər” raketlərini müzakirə edəcəklər.

Bu barədə informasiyanı “RİA Novosti” agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb. Brüssel sammiti 26-27 oktyabrda keçiriləcək.

Qeyd edək ki, Rusiya Kalininqrad vilayətində İsgəndər-M raketləri yerləşdirib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/171656.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR