Azərbaycanlı müğənni boşandığına görə peşman olub

Azərbaycanlı müğənni boşandığına görə peşman olub
19:54 10 Oktyabr 2016
419 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı müğənni Elton Hüseynəliyev bir müddət öncə boşandığı həyat yoldaşı Tamilla Hüseynəliyeva barədə danışıb. Lent.az-ın məlumatına görə, ifaçı “Xəzər maqazin” verilişində bildirib ki, həyat yoldaşından ayrı düşdüyü üçün peşman idi: “Tamilla xanım mənim həyat yoldaşımdır, sevdiyim insandır, doğmamdır. İndi xoşbəxt, rahat yaşayırıq. Bu günümüzə şükürlər olsun. Ayrılmağa peşman oldum və yenidən bir araya gəldik, münasibətlərimiz yaxşıdır. Peşman olmasaydım, bu gün barışmazdıq. Arada olanları unutduq. Biz reklam xatirinə ayrılmadıq. Doğma insanlar arasında küsülülük olur. Toma gözəl ana, gözəl həyat yoldaşıdır, ailəsinə layiqli xanımdır".

 

Qeyd edək ki, cütlüyün iki qız övladı var. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256132

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR