"İsrailli hakim millimizə “işləyirdi” - Azərbaycanlı hakim

"İsrailli hakim millimizə “işləyirdi” -   Azərbaycanlı hakim
19:57 10 Oktyabr 2016
80 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan - Norveç qarşılaşmasında söz sahibi olan israilli hakimlərin idarəçiliyi sabiq hakim Azad Mütəllimovu razılı salmayıb. Fanat.Az xəbər verir ki, "Futbol+" qəzetinin sorğusunu cavablayan Mütəllimov baş hakim Liran Lianin oyunu birtərəfli idarə etdiyi deyib.


Sitat: "İsrailli baş hakimin idarəçiliyi məndə ikili hisslər oyatdı. Bir tərəfdən milliyə simpatiya göstərdiyinə görə sevindimsə, digər tərəfdən də idarəçiliyin aşağı səviyyədə olması məni məyus etdi. Belə çıxır ki, sabah yığma da hansısa səfər oyununda hakim səhvlərinin qurbanı ola bilər. Hər şey 32-ci dəqiqədə başladı. Svensson Ağabala Ramazanovla mübarizədə bizim futbolçuya qarşı kobudluq etməsə də, referi vəziyyəti foul kimi dəyərləndirməklə yanaşı, müdafiəçiyə heç nədən sarı vərəqə göstərdi. Bir dəqiqə əvvəl isə sol cinahda oynayan müdafiəçi də hakimin qəzəbinə tuş gəlib vərəqəylə "mükafatlandırlmışdı". Bu bir növ hakim bicliyidi. Matçın əvvəlində müdafiəçilərə "sarı" göstərirsənsə, qalan dəqiqələrdə onlar bir qədər ehtiyatlı oynayırlar ki, komandasını azlıqda qoymasın. Yarım saatın tamamında artıq Liani bizə belə jest etmişdi. Görüşün qalan bölümündə də israilli ədalət təmsilçisi bir çox mübahisəli vəziyyətlərdə xeyrimizə qərar verməklə yadda qaldı. Son 20 dəqiqədə isə bizimkilər rəqiblə ikili mübarizələrdə yerdə qalan kimi - bunu özünü yerə atan kimi də yaza bilərsiz - fit çalıb oyunu dayandırırdı. Bununla o, həm matçın tempini aşağı salıb, Norveçin güclü təzyiqiylə üzləşən futbolçularımızın nəfəsini dərməsinə imkan verirdi, həm də cərimə zərbəsinin bizimkilərin vuracağını bildirirdi. Bu da istər-istəməz hesabı bərabərləşdirmək, qələbə qazanmaq istəyində olan skandinavları psixoloji cəhətdən "sındırırdı".


Liani matçı aşağı səviyyədə idarə etdi ki, böyük ehtimalla hakim-inspektor ona zəif qiymət verəcək. Məncə, UEFA ona bu il bir daha təyinat verməyəcək. Yenə deyirəm, hakimlərin meydan sahiblərinə az da olsa simpatiya bəsləməsi başadüşüləndi. Ancaq bu qədər də yox. Bəlkə də israillinin bizimkilərə heç simpatiya göstərmək fikri də olmayıb. Sadəcə, bacarığı elə bu idi".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotsrailli-hakim-millimiz-ilyirdi-t53247.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR