Salyan və Ağdamda partlamamış hərbi sursatlar tapılıb - FOTO

Salyan və Ağdamda partlamamış hərbi sursatlar tapılıb - FOTO
20:05 10 Oktyabr 2016
18 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən oktyabrın 10-da Salyan və Ağdam rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlanıb.

Milli.Az bildirir ki, Agentlikdən Trend-ə verilən məlumata görə, Salyan rayonu Şirvan Milli Parkı ərazisində 8 ədəd partlamamış hərbi sursat (PHS) (3 ədəd 140 mm-lik raket (M-14 OF), 2 ədəd 100 mm-lik top mərmisi (BR-412B), 1 ədəd 100 mm-lik top mərmisi (PBR-412), 1 ədəd tank əleyhinə raketin mühərriki (PQ-7) və 1 ədəd 100 mm-lik top mərmisi (partlayış dalğalı donanma mərmisi)) aşkar edilərək götürülüb, nəticə etibarilə 9 000 kv.m. ərazi yoxlanılıb.

Ağdamın Evoğlu kəndində isə su arxına baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (PHS) (100 mm-lik top mərmis (OF-32)) aşkar edilərək götürülüb, nəticə etibarilə 2 000 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə agentlik tərəfindən 7 Aprel - 10 oktyabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 646 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3 947 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd "siqnal minası" və 42 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/478129.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR