Kamran Ağayev baş məşqçisiz qaldı

Kamran Ağayev baş məşqçisiz qaldı
20:24 10 Oktyabr 2016
33 Digər
Ölkə mətbuatı
A- A+

Milli futbolçularımız Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi “Boavişta” baş məşqçi Ervin Sançeslə yollarını ayırıb.

 

Apasport.az saytının məlumatına görə, bu barədə klub rəsmi feysbuk səhifəsi vasitəsilə xəbər yayıb.

 

Bildirilib ki, mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında pozulub.

 

Hazırda olduqca uğursuz çıxış edən “damalılar” 7 turdan sonra 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.

 

Qeyd edək ki, Sançes ötən ildən “Boavişta”da çalışır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256136

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR