La Liqanın ən böyük futbolçusu: Nə Messi, nə Ronaldo...

La Liqanın ən böyük futbolçusu:   Nə Messi, nə Ronaldo...
20:47 10 Oktyabr 2016
119 İdman
Ölkə mətbuatı
A- A+

"Chiefe" (İspaniya Futbol Araşdırma Mərkəzi) La Liqa tarixinin ən yaxşı futbolçusunu müəyyənləşdirib. Fanat.Az xəbər verir ki, birinci yerə müasir futbolun nə Lionel Messi, nə də Kriştiano Ronaldo layiq görülüb.


"Chiefe" seçim apararkən futbolçuların oynadığı müddəti, vurduqları qolları və ötürdükləri qol ötürmələrini nəzərə alıb. Məlum olub ki, 1929-cu ildən indiyədək La Liqanın gəlib-getmiş ən böyük oyunçusu 1994-2010-u illərdə "Real"ın formasını geyinən Raul Qonzales olub.


Hazırda dünyanın iki ən yaxşı futbolçusundan biri hesab olunan Lionel Messi 4-cü yeri tutub. Kriştiano Ronaldo isə yalnız 23-cü ola bilib.


Fanat.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR