OPEK-in baş katibi təşkilatdan kənar ölkələrlə razılığa gəlinəcəyinə ümid edir

OPEK-in baş katibi təşkilatdan kənar ölkələrlə razılığa gəlinəcəyinə ümid edir
20:52 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 10 oktyabr. REPORT.AZ/ "OPEC-in noyabr ayına nəzərdə tutulmuş iclasınadək quruma daxil olmayan ölkələrlə məsləhətləşmələrdə irəliləyişə nail olmaq mümkündür."
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki,  bunu OPEC-in Baş katibi Məhəmməd Barkindo deyib.
O, suallara cavab verərkən bildirib: "Hesab edirəm ki, vəziyyət müsbətə doğru dəyişib və biz noyabrın 30-da gözlənilən OPEC kohfransınadək diskussiyalarda irəliləyə bilərik."
"Rusiyadan başqa, hansı OPEC-dən kənar ölkə noyabrın 12-də neft hasil edən ölkələrin görüşündə iştirak edəcək?" sualına cavab verən M.Barkində vurğulayıb: "Bizə deyiblər ki, Azərbaycan və Meksika iştirak edəcək".  

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/opek-in-bas-katibi-teskilatdan-kenar-olkelerle-raziliga-gelineceyine-umid-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR