Gəncədə yol polisini maşın vurdu

Gəncədə yol polisini maşın vurdu
21:57 10 Oktyabr 2016
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə-Samux yolunda yol polisinin xəsarət alması ilə nəticələnən qəza olub. 

Milli.Az ARB Kəpəz-ə istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı Şakir Həsənov xidmət aparan zaman "Mercedes" markalı avtomobil tərəfindən vurulub. Zərərçəkən Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-stabil qiymətləndirirlər. 

Hadisəni törədən sürücü saxlanılaraq istintaqa cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR