"Kaş ki, Nurgüllə davamız olmasaydı"

"Kaş ki, Nurgüllə davamız olmasaydı"
22:27 10 Oktyabr 2016
116 Maraqlı
Ölkə mətbuatı
A- A+

Aktyor Erkan Petekkaya "Paramparça"da tərəf müqabili olmuş, daha sonra isə qalmalla serialdan ayrılan Nurgül Yeşilçay haqda danışıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Erkan Nurgüllə mediadakı mübahisələrdən peşmanlığını ifadə edib:

"Mən özümü o məsələdə ifadə edə bilmədim. Haqlı ola-ola haqsız vəziyyətə düşdüm. Jurnalistlə söhbətimizdən sonra müsahibədən kənar bəzi fikirləri səsləndirdim. "Bunu yazma" desəm də, xəbəri yaydılar. Nəticədə lazımsız hadisələr baş verdi, bu da məni sevməyənlərə bəhanə oldu. Kaş ki, Nurgüllə davamız olmasaydı".

Aktyor "Paramparça"nın yeni mövsümdə reytinqdə geriləməsindən də danışıb:

"Üçüncü mövsüm olduğu serial bir qədər fərqli mövzuya keçməli idi. Bu keçid zamanı tamaşaçı çaşıb qaldı. Serialda uşaqlar böyüyüblər. onlara görə bir ssenari yazılır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/478022.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR