"Dayısının nə deməsi bizə maraqlı deyil" - AFFA rəsmisi

"Dayısının nə deməsi bizə maraqlı deyil" -  AFFA rəsmisi
22:37 10 Oktyabr 2016
59 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan - Norveç oyunu zamanı diqqətsizlik səbəbindən körpüdən yıxılan Nahid Zahidovun vəziyyəti yaxşılığa doğru gedir. Bu barədə futbolinfo.az saytına AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib.

 

Həmsöhbətimiz xəsarət alan şəxsin AFFA tərəfindən müalicə xərclərinə dair məsələyə də aydınlıq gətirib: "Nahidin atasıyla danışmışıq. Zahidov dövlət xəstəxanasında müalicə olunur. Bütün lazımi dəstəyi də assosiasiya üzərinə götürüb. Dayısının, yaxud digər qohumunun nə deməsi bizə maraqlı deyil. Biz Nahidin atası ilə danışmışıq. O ki qaldı Nahidin hazırkı durumuna, 3 saat əvvəl AFFA-nın həkimi Mahir Məmmədov xəstəxanayla əlaqə yaradıb. Ona bildirilib ki, xəstənin vəziyyəti yaxşılığa doğru gedir".



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotdaysnn-n-demsi-biz-maraql-deyilquot-t53253.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR