Masazırda 40 günlük körpənin anası öldürüldü

Masazırda 40 günlük körpənin anası öldürüldü
22:57 10 Oktyabr 2016
314 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeronda qətl hadisəsi olub.

Milli.Az femida.az-a istinadən xəbər veri ki, hadisə Masazır qəsəbəsində baş verib. 

Belə ki, Muxtarova Lalə Arif qızı həyat yoldaşı tərəfindən dəmir parçası ilə döyülərək öldürülüb. Lalənin nənəsinə isə ağır bədən xəsarətləri yetirib.

Ağdam rayonundan məcburi köçkün olan Lalə Muxtarova özündən yaşca böyük olan əmisi oğluna ərə gedib. Bu nikahdan 40 günlük körpələri var. Qətlə yetirilən Lalə Muxtarova Ağdam rayonundan olan məcburu köçkün ailəsindəndir.

Qeyd edək ki, Abşeron Rayon Polis İdarəsi faktı təsdiqləyib. Fakt üzrə araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/478154.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR