Avtomobillə piyadanı vurub qaçdı

Avtomobillə piyadanı vurub qaçdı
22:58 10 Oktyabr 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Hacıqabulda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə axşam saatlarında Padar kəndində baş verib.

Kənd sakini, 1966-ci il təvəllüdlü İbrahimov Mikayıl İsmayıl oğlu naməlum avtomobil tərəfindən vurulub.

Müxtəlif dərəcəli xəsarətlər alan M.İbrahimov Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/171666.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR