“Ağ bığlılar” Bakıda

“Ağ bığlılar” Bakıda
23:56 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Pantomima Teatrında Nurlan Rüstəmovun müəllifi olduğu “Ağ bığlılar” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşasının premyerası olub.

Axşam.az Azərtac-a istinadən xəbər verir ki, əməkdar artist Bəhruz Əhmədlinin quruluşunda təqdim edilən səhnə əsəri iki süpürgəçinin iş prosesində başlarına gələn komik və həm də kədərli əhvalatlarından bəhs edir

Həmçinin burada süpürgəçilərin düşdükləri çıxılmaz situasiyalardan, hərəsinin özünəməxsus davranışlarından, hadisəyə verdikləri reaksiyalardan və möhkəm dostluq tellərindən danışılır.

Müəllifi və musiqi tərtibatçısı Nurlan Rüstəmov olan tamaşada rolları Solmaz Bədəlova, Rafael Şahbəyli, Elmin Qiyaslı və başqaları ifa edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR