Gürcüstanda 4 azərbaycanlı parlamentə deputat seçildi

Gürcüstanda 4 azərbaycanlı parlamentə deputat seçildi
00:19 11 Oktyabr 2016
25 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanda keçirilən parlament seçkilərində 4 azərbaycanlı parlamentə deputat seçilib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, oktyabrın 8-də baş tutan birinci tur seçkilərində əvvəl “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasından Marneulidəki 35 nömrəli majoritar dairədən deputatlığa namizəd olan Ruslan Hacıyev, sonra isə Qardabanidəki 31 nömrəli majoritar dairədən deputatlığa namizəd olan Savalan Mirzəyev parlamentə deputat seçiliblər.

 

Məlumata görə, “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının proporsional qayda üzrə seçki siyahısında 20-ci olan Mahir Dərziyev də parlamentə düşüb. Parlament seçkilərində majoritar deputatlığa namizəd kimi 35-ci dairədə mübarizə aparan Azər Süleymanov “Vahid Milli Hərəkat Partiyası”nın siyahısında 26-cı yerdə olduğuna görə seçilmiş hesab olunub.

 

Qeyd edək ki,  parlament seçkilərinin ikinci turunda da azərbaycanlı majoritar deputatların mübarizə aparacaqları gözlənilir. Ehtimal olunur ki, Gürcüstan parlamentində soydaşlarımızın sayı arta bilər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256146

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR