İŞİD liderinin öldüyü təsdiqləndi

İŞİD liderinin öldüyü təsdiqləndi
02:19 11 Oktyabr 2016
70 Digər
Ölkə mətbuatı
A- A+

İŞİD qruplaşması ABŞ Hərbi Hava Qüvvələrinin Suriyanın Rakka şəhərinə endirdiyi hava zərbəsi nəticəsində liderlərindən birinin öldürüldüyünü təsdiqləyib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, sentyabr ayında bombardman zamanı ölən Salman əl-Fayad (o, həmçinin doktor Vail kimi tanınırdı) İŞİD qruplaşmasının “informasiya naziri” sayılırdı.

 

Sentyabrın 7-də Pentaqonun nümayəndəsi Piter Kuk Suriya ərazisində endirilən hava zərbəsi nəticəsində İŞİD terror qruplaşmasının liderlərindən birinin məhv edildiyini bəyan edib: “İŞİD-in “informasiya naziri” hesab edilən Salman əl-Fayad Rakka şəhəri yaxınlığında məhv edilib”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256151

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR