İran qvardiyasının ən yaxşı pilotlarından biri qəzada ölüb

İran qvardiyasının ən yaxşı pilotlarından biri qəzada ölüb
02:52 11 Oktyabr 2016
41 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ İranda yüngükl mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində İnqilab Keşikçiləri Qvardiyasının "Saberin" ("Dözümlü") xüsusi təyinatlı eskadriliyanın komandiri Əhməd Mayeli həyatını itirib.
"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, hyəlak olan İran İnqilab Keşikçilərinin ən yaxşı pilotlarından olub.
İnformasiyaya görə, ikinci pilot ağır yaralanıb.
Məlumata görə, hadisə İranın cənub-şərqində yerləşən Sistan-Bəkucistan əyalətində, İranşəhr ərazsində baş verib.
İnformasiyada bildirilib ki, hadisənin baş vermə səbəbi araşdırılır. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/i-ran-qvardiyasinin-en-yaxsi-pilotlarindan-biri-qezada-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR