DİN Şamaxıdakı dəhşətli qəza ilə bağlı məlumat yaydı

DİN Şamaxıdakı dəhşətli qəza ilə bağlı məlumat yaydı
14:29 5 Yanvar 2015
146 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi Şamaxıda 4 nəfərin ölümü ilə nəticələn dəhşətli qəza ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən məlumatına görə,  yanvarın 4-də saat 15 radələrində Acıdərə kəndində Sabirabad rayon sakini Vaqif Ağayev idarə etdiyi "Hovo" markalı yük avtomobilini Ağsu rayon sakini Elmin Əiyevin idarə etdiyi "Mercedes" markalı avtomobilin üzərinə aşırıb, sonradan sürüşərək qarşıdan gələn Bakı şəhər sakini Zöhrab Abbasovun idarə etdiyi "Mercedes" markalı avtomobilə vurub. E.Əliyev və sərnişinləri - Bakı şəhər sakinləri Azər Abbasov, Əntiqə Əiyeva və Fərid Əliyev, habelə V.Ağayev və sərnişini - paytaxt sakini Vaqif Baxşəliyev hadisə yerində ölüb, Z.Abbasovun 1 sərnişini xəstəxanaya yerləşdirilib. 
 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189419

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR